20.05.2022

" Biz qayıtdıq ,Şuşa "

     Horadiz şəhəri F.Mehdiyev adına 2 N-li tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli  sərəncamına,Təhsil Nazirliyinin 14 mart 2022-ci il tarixli F-134 nömrəli  əmrinə əsasən "Şuşa ili"nə həsr olunmuş növbəti  " Biz qayıtdıq ,Şuşa "adlı bayram tədbiri təşkil edilib.

     Tədbirdə şəhid ailələri,qazilər,təhsil sektorunun nümayəndəsi,valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.Tədbirdə şagirdlər vətənpərvərlik mahnıları, şeirlər, rəqslər və səhnəciklər nümayiş etdiriblər.Tədbir yüksək səviyyədə qonaqlar tərəfindən alqışlanıb.


Açar sözlər: ,  ,  ,