11.05.2022

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar  Rayon Təhsil Şöbəsində tədbir keçirilib

      Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə sektorun müdiri R. Məmmədova, YAP Füzuli rayon təşkilatının sədri A.Həşimova və Təhsil işçiləri iştirak edib.R.Məmmədova çıxış edərək bildirilib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.

     YAP Füzuli rayon təşkilatının sədri A. Həşimova çıxışında bildirib ki, Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılıqı haqqında film izlənilib.


Açar sözlər: ,  ,