10.05.2022

 Şuşa sən azadsan

     Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022- ci il tarixdə verilmiş sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında  “ Şuşa ili” elan olunmuşdur. Rayonumuzun Ə.Tağıyev adına Bala Bəhmənli kənd tam orta məktəbində  “Şuşa sən azadsan” adlı geniş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Məktəbin direktoru Solmaz Rzayeva Şuşanın tarixindən, işğalından və azad olunmasından geniş məlumat verib. Sonra məktəblilər səhnəciklər göstəriblər, şerlər söyləyiblər və rəqslər ediblər. Şuşanın mədəniyyət ocağı olduğuna dair nümunələr göstəriblər.


Açar sözlər: ,  ,  ,