5 may-"Xalçaçı Günü" münasibətilə 45N-li tam orta məktəbin rəhbərliyi tərəfindən bir qrup şagirdlərin Milli Xalça Muzeyinə ekskursiyası təşkil olunub. Muzeydə şagirdlərə xalçaçılığın qədim və geniş yayılmış sənət növü olduğundan bəhs edilib. Şagirdlərə xalçanın toxunması, xalça kəsimləri, xalçanın hissələri, xalça toxumaq üçün alətlər və müasir xalçalar haqqında geniş məlumat verilib.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və mədəniyyətini özündə əks etdirən xalçalarla tanış olan şagirdlər sonda böyük maraqla " Uçan Xalça" tamaşasını da izləyiblər.