Sizə bu gün öz qəhrəmanları ilə tanınan bir kəndin məktəbindən söz açacam. Bu məktəb Araz çayının sol sahilində yerləşən Füzuli rayonun şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbidir . Beləki 14 şəhidi olan bu kəndin şəhidlərinin səkkizi bu məktəbin məzunudur. Daim milli dəyərlər və vətənpərvərlik ruhunda təhsil alan şagirdlərə vətənə, millətə, anaya, məhəbbət böyüklərə hörmət mövzusu aşılanır. Elə bu səbəbdəndir ki xalqımızın qəhrəmanlıq səlnaməsi olan 44 günlük “Vətən Müharibəsində” bu məktəbin məzunu olmuş 50 igid oğlu gözlərini qırpmadan vətən üçün canından keçməyə hazır olduğunu göstərərək döyüşlərə qatılıb. Bu döyüşlərdə məktəbimizin 4 məzunu şəhid və 6 məzunu qazi olub. Belə igid oğullardan biridə Rüstəmli İlkin Elçin oğludur. 44 günlük döyüşlərdə qəhrəmancasına döyüşən İlkin Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dövlətimizin Qazilərə göstərdiyi qayğı nəticəsində İlkin də qardaş ölkə olan Türkiyədə 21-ci əməliyyatını keçirtdikdən sonra müalicə olunaraq vətənə qayıdır. Bu qayıdışı bayaram edən kənd sakinləri və təhsil aldığı B.Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbi təntənəli, musiqili bir tədbirlə qarşılayıb. Qazi İlkinin öz doğma kəndinə qayıdışını məktəbin müəllim şagird kollektivi ilə yanaşı musiqi məktəbinin kollektivi və kənd camaatı əllərində bayraqlar gül-çiçəklərlə qarşılayıb. Məktəbimiz Sərhəd, Zamin, Əli, Sehriman kimi şəhid oğullar yetişdirib. Bu oğullarada həmin məktəbin müəllimləri təlim tərbiyə verib. Hər il bu məktəbin onlarla məzunu ali və orta ixtisas məktəblərinə qəbul olunur. Buda məktəbin müəllimlərinin zəhmətinin bəhrəsidir.