27.04.2022

Beynəlxalq Qızılxaç Təşkilatı “Sudan səmərəli istifadə” mövzusunda keçirilən layihələrin qaliblərinə mükafatlar təqdim edib

  

    Beynəlxalq Qızılxaç Təşkilatı Alıxanlı kənd tam orta məktəbində “Sudan səmərəli istifadə” mövzusunda keçirilən layihələrin qaliblərinə mükafatlar təqdim edib. I yerə məktəbin V sinif şagirdi Məmmədli Əhməd Zamiq oğlu, II yerə məktəbin V sinif şagirdi Atakişiyeva Aysu Mərdan qızı, III yerə isə məktəbin UBR-i Kərimova Ağca Arzuman qızı layiq görülüb.

    Tədbirdə RTŞ-nin nümayəndəsi Elman Rzayev və Beynəlxalq Qızılxaç Təşkilatının əməkdaşları iştirak edib. “Sudan səmərəli istifadə  mövzusunda 28 layihə təqdim olunmuşdur. Onlardan 3 layihə qalib olub ki,bu da gələcəkdə kənddə su israfının qarşısını alacaq. Sudan səmərəli istifadə mövzusunda layihələrin təşkilinə görə Beynəlxalq Qızılxaç Təşkilatına RTŞ və məktəb kollektivi adından təşəkkür edilib. Belə layihələrin gələcəkdə də davam etdiriləcəyi bildirilib.


Açar sözlər: ,  ,