19.04.2022

Horadiz şəhər 1 və 2N-li  tam orta məktəblərin bir qrup şagird və müəllimləri Tarix-diyarşünaslıq Muzeyində olublar

  Füzuli Rayon Tarix-diyarşünaslıq Muzeyində “Beynəlxalq Tarixi Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Tarixin şahidləri” adlı geniş tədbir keçirilib.

  Tədbirdə Füzuli rayon Mədəniyyət evinin nümayəndələri, Qarağabazar Tarix Muzeyinin, Füzuli rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Gənclərin Kariyera və İnkişaf Mərkəzinin Füzuli rayon üzrə nümayəndəliyi, Horadiz şəhər 1N-li  və 2N-li  tam orta məktəblərin müəllim və şagird heyəti iştirak ediblər.

   Tədbir Muzeyin foyesində Füzuli Tarix-diyarşünaslıq Muzeyinin fondunda qorunub saxlanan Füzuli rayonunun işğaldan əvvəlki tarixi abidələrinin fotoşəkillərindən və məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Füzuli Tarix-diyarşunaslıq Muzeyinin şöbə müdiri Elçin Əsədovun redaktorluğu ilə ərsəyə gələn “Virtual Qarabağ” adlı videoçarxa baxılıb. Sonda isə tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkilib.


Açar sözlər: ,  ,