18.04.2022

45№-li tam orta məktəbdə   vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə tədbir keçirilib

       45№-li tam orta məktəbdə şagirdlər arasında müstəqillik və dövlətçilik ideyalarına, milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbiri keçirməkdə məqsəd dövlətçilik tariximizi, bu tarixi özündə yaşadan müasir Azərbaycan dövlətçiliyini şagirdlərə daha dərindən öyrətmək və dövlətçiliyimizi qorumağın vacibliyini əsaslandırmaqdan ibarət olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, səhnəciklər göstərilib. Tədbirdə çıxış edən müəllim heyəti şagirdlərə minnətdarlıqlarını bildiriblər, tarixi yaddaşımızla bağlı milli-vətənpərvərlik ruhunda böyüyən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıblar. Şagirdlərin vətənpərvər şəxsiyyət kimi yetişməsində müəllimlərin əməyinin danılmaz olduğunu vurğulayıblar.


Açar sözlər: ,  ,  ,