Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində 5 N-li tam orta məktəbin şagirdləri mütəmadi olaraq məktəb kitabxanasından istifadə edir, zədələnmiş kitabların bərpasına köməklik edirlər və Oxuduqları kitabların müzakirəsində fəallıq göstərirlər.O cümlədən, şagirdlər məktəbdə təşkil olunan tədbirlərə hazırlıq ərəfəsində müxtəlif stend və sərgilərin hazırlanmasında yaxından iştirak edir, bacarıqlarını nümayiş etdirirlər.