18.04.2022

Araz- Zərgər kənd ümumi orta məktəbində "Şuşa ili" nə həsr olunmuş siniflərarası bilik yarışı keçirilib

      Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Dağlarının başında zümrüd tacı olan, Azərbaycanın qədim mədəniyyət beşiyi Şuşa şəhəri 8 noyabr 2020- ci ildə, müzəffər ordumuz tərəfindən düşmən işğalından azad olunub. Azərbaycan Respublikasının Prezidenti - Ali Baş Komandan, İlham Əliyev 2022-ci ili "Şuşa ili"  elan edib. Şuşa ili ilə əlaqədar ümumtəhsil müəssələrində tədbirlər keçirilir. Araz- Zərgər kənd ümumi orta məktəbində  də "Şuşa ili" nə həsr olunmuş siniflərarası bilik yarışı təşkil olunub. Bilik yarışında məktəbin direktoru Səfərova Ülviyyə və məktəb kollektivi iştirak ediblər.


Açar sözlər: ,  ,