18.04.2022

Böyük Bəhmənli kənd 2 N-li tam orta məktəbində hərbi ekspert Rəşad Məhəmməd oğlu Süleymanovun 40 yaşı tamam olması münasibətilə xatirə tədbiri keçirilib

     A.Əliyev adına Böyük Bəhmənli kənd 2 N-li tam orta məktəbində vaxtilə məktəbin məzunu olan mərhum hərbi ekspert Rəşad Məhəmməd oğlu Süleymanovun 40 yaşı tamam olması münasibətilə xatirə tədbiri keçirilib. Məktəbin Va sinifinə Rəşad Süleymanovun adı verilib. Tədbirin ərsəyə gəlməsində böyük rolu olan Kürdəmir regional Mədəniyyət Şöbəsinə, Füzuli rayonu Dram teatrına, fotoqraf Nurəhməd Vəliyevə, Yağlıvənd müsiqi məktəbinin direktoru Elmir müəllimə, Rəşadın təsisçisi və baş redaktoru olduğu Azəri Defecne və Poliqon jurnalının hazırki baş redaktoru Zaur Babaşova öz minnətdarlığımızı bildiririk.

     Tədbirdə Füzuli rayonu Ağsaqqallar şurasının sədri Zülfüqar Əliyev, Xocavənd rayonu Prokuroru və Mərhumun dayısı Kamran Əhmədov, Kürdəmir regional mədəniyyət şöbəsinə müdiri Faiq Xudanlı, Rəşadın birinci sinif müəllimi Həqiqət müəllim və sinif rəhbəri Solmaz müəllim, məktəbin direktoru Həsən Rzayev, fotoqraf Nurəhməd Vəliyev, Qarabağ müharibəsi qaziləri və iştirakçıları çıxış edərək Rəşad Süleymanov haqqında xoş xatirələr söyləyiblər. Tədbirin sonunda Tədbir iştirakçıları Rəşad Süleymanov adına sinif otağı ilə tanış olublar və şagirdlərin ifasında şeirlər və kompazisiya dinləyiblər.


Açar sözlər: ,  ,  ,