01.12.2021

Narkomaniyaya qarşı mübarizə və sağlam həyat     

    Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu sağlam  gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur.

     33 №-li tam orta məktəbdə bir qrup müəllim və VIII-IX sinif şagirdləri ilə tədbr keçirilib. Məktəb rəhbəri və müəllimlər çıxış edərək narkomaniyanın cəmiyyət üçün bir bəla olduğunu vurğulayıblar.Tədbirdə şagirdlərə slaydlar və şəkillər nümayiş olunub.


Açar sözlər: ,  ,  ,