29.11.2021

UGİM-də Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş tədbir keçirilib  

    Uşaq Gənclər İnkişaf Mərkəzinin qiraət dərnəyinin rəhbəri X.Sadıqova Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbir keçirib.Tədbirdə dərnək rəhbəri və VI-VII sinifin dərnək üzvləri iştirak edib. Dərnəyin rəhbəri Sadıqova Xalidə çıxış edərək bildirib ki, Aşıq Ələsgər Azərbaycan xalq mahnılarının yüksək qiymətləndirilən şairi olub. Sonra  ustad sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

    Dərnək rəhbəri uşaqlarda maraq oyatmaq üçün ilk öncə şeir müsabiqəsi təşkil edib.Ən yaxşı şeir söyləyən üç şagirdə: Diniyeva Zeynəb, Həziyeva Zəhra və Mirzəzadə Aqşini tərifnamə ilə təltif edib.