29.11.2021

Qayıdış qəsəbə 1N-li tam orta məktəbin IX sinfinə şəhid adı verilib

     Qayıdış qəsəbə 1N-li tam orta məktəbində Füzuli rayon Kürdmahmudlu kənd sakini şəhid- İsmayıllı Məhəmmədəlinin adı IX sinfə verilib. Şəhidin ailəsi (atası,anası,bacısı) məktəbə dəvət olunublar.

     Tədbir himn ilə başlanılıb,sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.Şəhidin atası Elxan Quliyev şəhidin keçdiyi həyat yolundan danışıb.Tədbirin sonunda şəhidin məzarı ziyarət edilib və onun yaşadığı evə baş çəkilib.Şagirdlər şəhidin şəxsi əşyaları ilə tanış olublar.Sonda şəhidin atası öz oğlu – şəhid İsmayıllı Məhəmmədəli haqqında yazdığı kitabı məktəb kollektivinə hədiyyə edib.


Açar sözlər: ,  ,  ,