25.11.2021

A.Cəbrayılov adına Alıxanlı kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib

    A.Cəbrayılov adına Alıxanlı kənd tam orta məktəbində “Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir”mövzusunda  maarfləndirici seminar-məşğələ keçirilib. Seminarda müəllimlər və IX-X-XI sinif şagirdləri iştirak edib. İlk olaraq məktəbin təşkilati işlər üzrə direktor müavini Səmra Əliyeva çıxış edərək narkomaniyanın cəmiyyətə vurduğu ziyandan danışıb.

     Narkomaniya cəmiyyətin mənəvi və intelektual potensialının aşınmasına, genlərin get-gedə tənəzzül etməsinə və digər mənfi hallara gətirib çıxarır.Biz müstəqil ölkəyik. Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir:”Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin,xalqın,millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb etməsi bu qlobal problemin ölkəmizdə yayılması təhlükəsinə qarşı Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir.

     Bizdə bir təhsil müəssisəsi olaraq öz borcumuzu yerinə yetirir, şagirdlərimiz üçün bu mövzuda mütəmadi olaraq seminar-məşğələlər təşkil edirik.


Açar sözlər: ,  ,  ,