24.11.2021

Ə.Səlimov adına Kərimbəyli  kənd tam orta məktəbində "Açıq dərs" təşkil olunub

      Ə.Səlimov adına Kərimbəyli  kənd tam orta məktəbinin VIII b sinifində Vətən müharibəsi şəhidi,Vəliyev Qoşqar Nuruş oğlunun il dönümü ilə bağlı sinifin Azərbaycan dili və ədəbiyyat müəllimi Hallacova Mədinə Məhəmməd qızı tərəfindən açıq dərs təşkil olunub.

   Dərs ilk olaraq Azərbaycan Respublikasının himni ilə və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edərək  başlayıb.Dərsdə  məktəbin direktoru Rəvan Cəfərzadə başda olmaqla müəllim kollektivinin üzvləri də  iştirak edib.Şagirdlər Qarabağ bizimdir! Azərbaycan və digər vətənpərvərlik mövzusunda şeirlər söyləyib və "Şəhidlər" kompozisyasını təqdim ediblər. Sonda Qəhrəmanın həyat yolu, iştirakçısı olduğu döyüşlərdən və Ali Baş Komandan İlham Əliyev Cənablarının Zəfər çıxışlarından ibarət video  çarx izlənilib.

       Allah bütün şəhidlərimizə rəhmət etsin.!


Açar sözlər: ,  ,