19.11.2021

Horadiz şəhər 1 N-li tam orta məktəbdə Şəhid Baxışov İlqar Adışirin oğlunun “ Cənnətdəki doğum günün mübarək!” adlı anım tədbiri keçirilib

     Şəhidlik adi ölüm deyil, Vətən, torpaq böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyrulan  kimi şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.

      Şəhidlik məqamına ucalan qəhrəman oğullarımızdan biri də şəhid Baxışov İlqar Adışirin oğludur.

İlqar Baxışovun adın daşıyan  M.Səfərov adına Horadiz şəhər 1N-li tam orta məktəbin VIb sinfində Azərbaycan dili və Ədəbiyyat müəllimi Zeynalova Aysel Təsəlli qızının rəhbərliyi ilə “ Cənnətdəki doğum günün mübarək!” adlı bədii kompazisiya Füzuli RTŞ-nın metodisti  Elman Rzayevin və şəhidin  atası Adışirin Baxışovun iştirakı ilə qeyd olunub. Tədbirdə şagirdlər  qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər və “Şəhidlər ölməz Vətən bölünməz”şüarı altında şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,