19.11.2021

1 N-li tam orta məktəbdə koronavirus (COVİD-19) pandemiyasına qarşı  insanları vaksinasiya olması barədə təbliğat tədbiri keçirilib

    Yeni tipli pnevmoniya  COVİD-19  koronavirus pandemiyası 2019-cu il dekabr ayında Çində  aşkarlanmışdır. Naməlum pnevmoniyanın başlanması barədə  Ümumdünya Səhiyyə Təşkilatına məlumat verilib. Məlumata görə dünyada koronavirus infeksiyasına yoluxmanın sayi yüz iyirmi altı milyonu  ötdüyünə görə Ümumdünya Səhiyyə Təşkilatı  fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub , martın 11-də  isə kornavirusu pandemiya elan edib.

     COVİD-19 Azərbaycanda da geniş yayilmış infeksiyadır. Səhiyyə Nazirliyi  operativ olaraq xalqın qayğısına qalmış və vaksinlər təşkil edib. Rayonumuzun 1 №-li tam orta məktəbi koronavirus infeksiyasının qarşısı alınması ilə əlaqədar olaraq edilən vaksinasiya haqqında məktəbdə tədbir keçirib.

    Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini , müəllimlər və valideyinlər  iştirak edib. Çıxış edənlər hər birisi xalqımızın, gələcək nəslin sağlamlığı üçün  vaksinasiyanın vacibliyini vurğulayıb. Bununla bərabər qoruyucu vasitələrdən (əlcək,maska cpirt. və sairə) də istiifadə edilməsi tövsiyyə olunub.


Açar sözlər: ,  ,