18.11.2021

Qayıdış qəsəbə 8 N-li tam orta məktəbdə “Reproduktiv sağlamlıq” mövzusunda  maarifləndirici tədbir keçirilib

      Qayıdış qəsəbə 8 N-li tam orta məktəbdə fəaliyyət planına müvafiq  olaraq “Reproduktiv sağlamlıq” mövzusunda  maarifləndirici tədbir keçirilib.Tədbirdə Tədris işləri üzrə direktor müavini İbişov Hökmdar, Biologiya müəllimi Qədirli  Sürəyya, Tarix müəllimi Şirinov İbad, Uşaq Birliyinin rəhbəri Cəfərova Leyla, IX-XI sinif şagirdləri iştirak ediblər.Tədbirdə çıxış edən Biologiya müəllimi Qədirli Sürəyya Sevindik qızı “Reproduktiv sağlamlıq”haqqında şagirdlərə məlumat verib.

     Tədbirin keçirilməsində məqsəd gənclərə reproduktiv sağlamlıqlarının qorunması yollarını mənimsətməklə, həm öz sağlamlıqlarını, həm də gələcək nəslin sağlamlığı üçün məsuliyyətli davranmağı təbliğ etməkdən ibarət olub.


Açar sözlər: ,  ,  ,