17.11.2021

30 N-li tam orta məktəbdə “ Uşaqların  dispanserizasiyaya cəlb edilməsi” məqsədi ilə tədbir keçirilib

      30 N-li tam orta məktəbdə “Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə maarifləndirmə işinin həyata keçirilməsi” mövzusunda maarifləndirici söhbət aparılib.

        Məktəbin təşkilati işlər üzrə direktor müavini S.Hümbətova, məktəbimizin həkimi şagirdlərə dispanserizasiya prosesinin əhəmiyyətindən və bu prosesdə iştirakın vacibliyindən danışıb. Məktəb həkimi şagirdlərə aşağıdakı mövzularda informasiya verib:

      Qidalanma və nutriyentlərin qəbulu

      Uşaqların fiziki aktivlik səviyyəsi

      Bədən çəkisi və bədən kütlə indeksi

      Zərərli vərdişlər

      Reproduktiv sağlamlıq

    Şagirdlər arasında sorğu aparılıb və sağlamlıqlarının qorunması üçün verilən informasiyalardan düzgün istifadə olunması tövsiyyə olunub.


Açar sözlər: ,  ,  ,