17.11.2021

39 № -li tam orta məktəbdə  “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında” tədbir keçirilib

  

   39 № -li tam orta məktəbdə “ Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında” məlumatlılıq səviyyəsinin artırılması məqsədilə yuxarı sinif şagirdləri ilə marifləndirici tədbir keçirilib.Tədbirdə məktəbin kitabxanaçısı Heydərova Nadirə, məktəbin psixoloqu Məmmədzadə Elyanə, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

    Tədbirdə  çıxış edənlər qeyd ediblər ki, gender bərabərliyi olan cəmiyyət – qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur.
Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsindən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti seçmələrinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır.

      Bu, uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı yanlış stereotiplərdən azad cəmiyyətdir.. Sonda fikir aydınlığı gətirmək üçün sual verən şagirdlərə geniş izahat verilib.


Açar sözlər: ,  ,  ,