16.11.2021

5 N-li tam orta məktəbdə "Bərk məişət tullantılarının idarə edilməsi”mözusunda tədbir keçirilib

       Rayonumuzun 5 N-li tam orta məktəbdə "Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda məktəbin  muəllimləri  İlhamə Nəcəfova ,Samirə Qasımovanın təşkilatçılığı  və yuxarı sinif sagirdlərinin istirakı ilə dəyirmi masa keçiriblər.

      Müəllimlər , maarifləndirmə işinin əhəmiyyətindən, hər kəsin üzərinə düşən vəzifələrdən, bərk məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən və onların təkrar emalından danışıblar,həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.

     Məktəbimizin şagirdləri məişət tullantılarının idarə edilməsi haqqında təqdimat hazırlayıb. Şagirdlər özləri tullantıların çeşidlənməsi üçün zibil qabları düzəldib.. Sonra isə hansı növ tullantının hansı qaba atılacağını təyin etdiblər. Şagirdlər praktiki və səmərəli biliklərə yiyələniblər.


Açar sözlər: ,  ,  ,