16.11.2021

Babı kənd tam orta məktəbində “Erkən nigaha yox deyək” mövzusunda maarifləndirici  dəyirmi masa keçirilib

     Erkən nigah yaşı az olan yeniyetmələrin nigaha daxil olmasıdır.Qanunvericiliyə əsasən nigaha daxil olan yaşı 18 qəbul olunsa da, bu qanun əksər hallarda pozulur.Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nigah faktı baş verir.Cənubi Asiyada demək olar ki, qızların yarısı 18 yaşa çatmamış nigaha daxil olurlar.

     Erkən nigah başlığı altında Babi kənd tam orta məktəbində VII-VIII siniflərlə dəyirmi masa keçirilib. Tədbirdə ilk olaraq məktəbin direktoru  Ü. Bağırova çıxış edərək bildirmişdir ki,erkən nigah  ancaq təhsilsizliyin problemidir.Sonra təşkilatçı müavin K.Nagıyeva mövzu ətrafında  maarifləndirici söhbətlər apararaq şagirdlərin nigaha daxil olmasını insan hüquqlarının pozulması hesab edib.Sonda şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,