16.11.2021

Horadiz şəhər 1№-li  tam orta məktəbində  "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda maarifləndirici tədbir keçirilib

      Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020 ci il tarixli Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadənin  təmin edilməsinə dair  2020-2022 -ci illər üçün Tədbirlər Planı" nın həyata keçirilməsi ilə bağlı M. Səfərov adına Horadiz şəhər 1№-li  tam orta məktəbində "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda maarifləndirici tədbir keçirilib.

     Tədbirin əsas məqsədi su probleminə diqqəti çəkmək, su itkilərinin qarşısının alınması,israfçılığa yol verilməməsi ,iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, sudan istifadə sahəsində yeni qənaətçil texnologiyaların tətbiqi  barəsində şagirdlərin məlumatlandırılması,maarifləndirilməsi həmçinin bu istiqamətdə biliklərin artırılmasından ibarətdir.

    Məktəbin coğrafiya müəllimi Rüxsarə Mirhəşimova "Azərbaycanda su problemləri və sudan səmərəli istifadə istiqamətində görülən işlər və maarifləndirmə tədbirləri" mövzusunda çıxış edərək içməli və sənaye su anlayışının fərqləndirilməsi, ondan səmərəli və ehtiyatlı istifadə, Xəzər dənizinin çirklənməsi problemləri haqqında şagirdlərə ətraflı məlumat verib, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəsi sudan səmərəli və qənaətlə istifadəyə çağırıb.

    Tədbirin sonunda mövzu ilə bağlı  şagirdləri maraqlandıran suallar cavablandırılıb,onlara içməli suya qənaət edilməsini ,ətraf mühitin,su ehtiyatlarının qorunması ilə bağlı praktik tövsiyyələr verilib.


Açar sözlər: ,  ,  ,