21.10.2021

“Uşaqların zərərli informasiyadan qorunması”

       Zərərli informasiya  bir neçə məzmunlu olur. Qorxu məzmunlu informasiya uşaqlarda  qorxu, təlaş, uydurma, məxluqların dəhşətli görüntüsü və ya təsviri  intihara gətirib çıxara bilir.Bu cür informasiyalardan istifadə yol verilməzdir.

      Mahmudlu -2 kənd tam orta məktəbində  “Uşaqların zərərli informasiyadan qorunması”adı altında tədbir keçirilib.Tədbirdə VII-VIII sinif şagirdləri iştirak edib.Uşaqlar üçün nəzərdə tutulmayan, uşağın fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onların  mənəvi , psixi, fiziki  və sosial inkişafında pozuntu yaranmasına səbəb olan informasiyalardan ətraflı söhbətlər aparılıb.


Açar sözlər: ,  ,  ,