21.10.2021

“Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına göstərilən sosial və psixoloji dəstək”

        Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır.Ermənistan Silahlı Qüvvələri dinc əhalini, uşaqları və qocaları atəşə tuturdular. Bu insanlığa qarşı cinayətdir.Düşmən öz qatil simasını göstərirdi. Azərbaycan Silahlı Qüvvələri düşmənin hər bir təxribatına layiqli cavab verərək mənfur düşmənlərin hücumunu döyüş meydanında dəf etdi və qalib oldu.

        Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan  Cənab İlham Əliyev mənfur düşmənin mövqeyini ədalətsiz adlandırıb.

        Bu gün Ermənistan təcavüzündən əziyyət çəkən ailələr və  uşaqlar  var.Ermənistan təcavüzü nəticəsində  əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərmək məqsədi ilə  37 №-li ümumi orta məktəbin psixoloqu  şagirdlərlə maarifləndirici söhbətlər aparıb. Psixoloq bu məsələ ətrafında çıxış edərək bildirib ki, 30 ilə yaxın müddətdə  döyüş gedən ərazilərdə olan ailələrin uşaqları yaranmış vəziyyətlə bağlı bir çox sosial və psixoloji problemlərlə qarşılaşıblar.

       Dövlət başçımızın xüsusi fərmanını  rəhbər tutaraq  bu sıradan olan ailələrin övladlarına mənəvi dəstək və psixoloji yardımların aparılması tövsiyyə olunub.


Açar sözlər: ,  ,  ,