20.10.2021

Məktəblərdə “Uşaqların zərərli informasiyadan qorunması”

       Zərərli informasiya uşaqların həyat və sağlamlığına təhlükə yaradan , uşaqlarda cinayət törətmək həvəsi oyadan, cinayətkar mühitin kriminal jarqonları da daxil olmaqla simvollarını müsbət mənada təqdim edən və təbliğ edən informasiyadır.

        Milli Məclisin keçirdiyi iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında”qanun layihəsi müzakirə olunaraq 2020-ci il yanvarın 1-dən qüvvəyə minib.Uşaqların zərərli informasiyadan qorunması mövzusunda rayonumuzun  Zobucuq qəsəbəsi 27 №-li tam orta məktəbində VII,IX,X siniflərlə birlikdə  tədbir keçirilib.

       Tədbirdə məktəbin  məktəbdən kənar və sinifdən xaric işləri üzrə direktor müavini  və Uşaq birliyinin rəhbəri  zərərli informasiyanın şagirdlərin həyatına necə təhlükə  yaradacağı haqqında ətraflı məlumat veriblər.Sonda məktəbin direktoru da öz çıxışında şagirdlərin bu informasiyadan uzaq olmalarını tövsiyyə edib. 

        Zərərli vərdişlərə yox deyək!


Açar sözlər: ,  ,  ,