20.10.2021

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

        Prezident İlham Əliyev “Aşıq Ələsgərin  200 illik yubleyinin qeyd edilməsi”haqqında  Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birlikdə Aşıqlar birliyinin təklifini nəzərə alaraq tədbirlər planı hazırlayıb.

      Bu sərəncamı əsas tutaraq rayonumuzun 30 №-li tam orta məktəbində VI,VIII və IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici dəyirmi masa keçirilib.Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aşıq Ələsgərin həyat və yaradıcılığından danışıb. Sonda şagirdlər  böyük həvəslə Aşıq Ələsgərin şerlərini söyləyib.

   Adım Ələsgərdir, mərdi-mərdana,

   On iki şəyirdim işlər hər yana.


Açar sözlər: ,  ,  ,