18.10.2021

Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir!

        Azərbaycan Respublikasında inzibati ərazi vahidlərindən biri də Füzuli rayonudur.1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.

        Ermənistan Respublikasının 2020-ci il 27 sentyabrda başlayan növbəti təcavüzünə qarşı Ali Baş Komandanının rəhbərliyi altında işğalda qalmış torpaqlarımızın azad edilməsi məqsədi ilə Vətən müharibəsinə başlanıldı. Respublikann ərazi bütövlüyü uğrunda  Azərbaycan Silahlı Qüvvələri bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.

       2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu tam olaraq işğaldan azad olundu.Düşmən müqavimət göstərməsinə baxmayaraq  ordumuz öz tarixi missiyasını ləyaqətlə yerinə  yetirdi. Artıq Füzulinin işğaldan azad olunmasından bir il ötur.Rayonumuzun ümumtəhsil məktəbləri   qələbə münasibəti ilə möhtəşəm tədbirlər keçirib.


Açar sözlər: ,  ,  ,