13.10.2021

Rayonumuzun ümumtəhsil məktəblərində “ZƏFƏR YOLU” inşa müsabiqəsi keçirilib

       Uzun illər işğal altında qalmış Azərbaycan torpağının azad olunması Vətən müharibəsinin 44-cü günündə öz qələbəsini tarixə qızıl hərflərlə yazdı.Azərbaycan Təhsil Nazirinin  F-455 nömrəli əmri ilə ümumtəhsil müəssisələrində şagirdlər arasında “ZƏFƏR YOLU” inşa müsabiqəsi keçirilib.O cümlədən rayonumuzun ümumtəhsil məktəblərində də şagirdlər bu müsabiqədə    iştirak edib.

        Azərbaycan ordusunun rəşadətli əsgərlərinin yaşatdığı bu unudulmaz tarix şagirdlərdə yüksək ruh yaradıb.Müsabiqənin rayon mərhələsində 7№-li tam orta məktəbin X sinif şagirdi Əlizamanlı Mətin Kərəm oğlu  I yerə, 33 №-li tam orta məktəbinin IX sinif şagirdi  Hümbətova Ayna İntiqam qızı II yerə, Əhmədalılar kənd tam orta məktəbinin IX  şagirdi Xuduyeva Jasmin İlqar qızı  isə III yerə layiq görülüb.

       Yaşasın Qələbə ruhlu Azərbaycan !


Açar sözlər: ,  ,