11.10.2021

Şəhidliyə ucalan insanlar ölmürlər!

        Qurbanov Büsat Əfsər oğlunun şəhid olduğu gündən bir il ötür.Qurbanov Büsat Aşağı Kürdmahmudlu kənd tam orta məktəbində I sinfə getmiş və həmin məktəbin məzunu olmuşdur.Büsat məktəbdə fərqlənən şagird olmaqla bərabər o, öz cəsurluğu ilə nəyinki məktəbin  hətta bütün xalqın yaddaşına qəhrəmanlıq tarixi yazıb.

      44 günlük Vətən müharibəsində torpaqlarımız uğrunda qanından, canından keşərək şəhadətə yüksəlib.Məktəbin pedaqoji kollektivi şagirdlərlə birlikdə Qurbanov Büsatın qəbrini ziyarət edərək şəhidə rəhmət, valideyinlərinə isə səbr diləyib.

        Şəhidlər ölməz,Vətən  bölünməz!


Açar sözlər: ,  ,  ,