11.10.2021

 “ZƏFƏR YOLU”

        Bu gün Vətən müharibəsinin 15-ci günüdür.Keçən il bu vaxt 30 il işğalda qalan torpaqlarımızın işğaldan azad olunması  uğrunda ağır döyüşlər gedib.Aşağı Alıxanlı kənd tam orta məktəbin şagirdləri  həmin döyüşləri canlı olaraq izləyib.Bizi zəfərə aparan hərbiçilərimizi gül-çiçəklə yola salan şagirdlərimiz bu gün həmin yolla məktəbə, "Zəfər yolu " ilə "Zəfər tarixi " mizi öyrənməyə gedirlər .

         Müzəffər Ali Baş Komandanın sərəncamı ilə 16 noyabr  2020 -ci ildə təməli qoyulmuş , Füzuli rayonunun  Əhmədbəyli kəndi  ilə Şuşa şəhəri arasında ,,Zəfər Yolunun” təməli qoyulub.Əhmədbəyli -Şuşa yolunun  uzunluğu  101,5 km-dir.

       Bütün bunlara görə Ali Baş Komandanımıza, qazilərimizə Allahdan can sağlığı, Ordumuza qüvvət , ŞƏHİDLƏRİMİZƏ Allahdan rəhmət diləyirik .

       Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı!  Qarabağ Azərbaycandır!


Açar sözlər: ,