08.10.2021

Rəsm müsabiqəsinin qalibləri

    Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq-Qarabağ münaqişəsinin təsirinə məruz qalan ərazilərdə yaşayan insanların su təminatlarının yaxşılaşdırılması üçün Su və Yaşam proqramı çərçivəsində müxtəlif layihələr həyata keçirir.

     Sudan səmərəli istifadənin təbliğ edilməsi məqsədilə 2021-ci ildə bu mövzuda Füzuli,Ağdam,Tərtər və Qazax rayonlarının məktəbliləri arasında rəsm müsabiqəsi keçirilib.Müsabiqədə rayonumuz üzrə 5 ən yaxşı ideyanın müəllifləri BQXK tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

       E.Piriyev adına Böyük Bəhmənli 1 N-li kənd tam orta məktəbin X sinif  şagirdi Orucova Əminə I yer,30 N-li tam orta məktəbin X sinif  şagirdi Tumas İbrahimov II yer, E.Piriyev adına Böyük Bəhmənli 1 N-li kənd tam orta məktəbin X sinif  şagirdi Allahverdiyeva Füruzə III yer,Mollaməhərrəmli kənd tam orta məktəbin V sinif şagirdi İbrahimli Mədinə IV yer və B.Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbin X sinif şagirdi Nəzrin Ağalarova isə V yerin qalibləri olublar.


Açar sözlər: ,  ,