01.10.2021

Şəhidim! Mövlud günün mübarək

           Şəhid Əhmədzadə Elməddin Uğur oğlunun bu gün cənnətdəki ilk mövlud günüdür.Bu münasibətlə 36 №-li tam orta məktəb öz kollektivi ilə birgə şəhidin ailəsini ziyarət ediblər.Elməddin Əhmədzadə 1996-cı il oktyabr ayının 1-də əslən Füzuli rayonundan olmasına baxmayaraq İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən Fin şəhərciyində anadan olub.O, I sinfə 36 №-li tam orta məktəbə gedib,həmin məktəbin məzunu olub.

           Elməddin Əhmədzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində döyüş zamanı verilən tapşırıqları icra edərkən şəhidlik zirvəsinə ucalıb.Məktəb kollektivi şəhidin ailəsinə baş sağlığı verib Allahdan səbr diləyiblər. Sonra isə ailəsi ilə birgə şəhidin qəbrini ziyarət ediblər.

        Ruhun şad olsun şəhidim!


Açar sözlər: ,  ,