30.09.2021

Ölümsüzlüyə qovuşanlar

        Bu gün 55 N li tam orta məktəbin məzunu,Füzuli rayonu Dilağarda kənd sakini Ceyhun Aqil oğlu Nüsrətlinin şəhid olduğu gündən 1 il ötür.

      Ceyhun deyəndə hər şeydən öncə qulaqlarımızda bir ananın yanıqlı laylası səslənir doğma yurdunu görməyən,torpağına qədəm basmayan bir gənc öz yurdunu,yuvasını, qanı,canı bahasına düşmən taptağından azad edib.Yəqin qismət bu imiş,nə sevdiyi,həsrəti ilə yaşadığı el-obasına  nə də çox böyük həvəslə qazandığı diplomuna qovuşa bildi.

      Nakam arzulu ,nakam diləkli,şəhidim ,vaxt keçər zaman ötər neçə-neçə nəsillər gələr,kimlərsə unudulub yaddan çıxar,amma Ceyhunlar heç zaman unudulmaz.

Məktəbimizin müəllim və şagirdləri  bu gün şəhidin məzarını ziyarət edib məzarı önünə əklil qoyublar,şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər,Şəhidin atası -məktəbimizin müəllimi     Aqil müəllimə başsağlığı veriblər.

      Öz şanlı qələbəsi ilə dünyaya səs salan Dövlətimiz üçün şəhidlər ən ali zirvədədir.


Açar sözlər: ,  ,  ,