04.08.2021

2020-2021-ci tədris ilində V qrant müsabiqəsinin qalibləri

         Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin nəticələri açıqlandı.Müsabiqənin qalibləri arasında 27 N-li tam orta məktəbin direktoru Sahirə Məmmədova da vardır.Onun,, Füzuli məktəblərinin-l STEAM məktəbi"mövzusunda təqdimatı yer tutub.

         Qayıdış qəsəbə 5N-li tam orta məktəbin direktoru, rus dili və ədəbiyyatı müəllimi Məhərrəmova Təranə Əli qızının " Kəndimizə sağ qayıdaq " layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olub. Layihənin hazırlanmasında əsas məqsəd 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Şanlı Qələbədən sonra, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış ərəfəsində yarana biləcək mina təhlükəsi ilə bağlı mümkün neqativ halların aradan qaldırılması üçün, şagirdlər , valideynlər, təhsil işçiləri və digər məcburi köçkün kateqoriyasına aid olan vətəndaşları maarifləndirməkdir.

         Kürdmahmudlu kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini, biologiya müəllimi, Qabaqcıl Təhsil İşçisi Əhmədova Maya Xanoğlan qızı "Kənd məktəblərində təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması." layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi qalibi olub. Layihənin əsas məqsədi pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən kənd məktəblərində təhsilalanlar üçün distant təhsilin əlçatanlılığını təmin etməkdir.

 


Açar sözlər: ,  ,