21.06.2021

Kürdamhmudlu kənd tam orta məktəbində "Yay məktəbi"

         Kürdamhmudlu kənd tam orta məktəbində "Yay məktəbi" valideynlərin ərizəsi və razılığı əsasında 72 şagird olmaqla ödənişsiz, könüllü əsaslarla təşkil olunub. Mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdir.Pandemiya şəraitində, 44 günlük Vətən müharibəsi müddətində uzaqdan təhsil şagirdlərin bilik və bacarıqlarının mənimsənilməsində müəyyən çətinliklər yaratmışdır.

       "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16.06.2021-ci il tarixdən etibarən 2 həftə müddətində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmaqla 30.06.2021-ci il tarixə kimi davam edəcəkdir.

      "Yay məktəbi" ndə əsas məqsəd təhsil müddətində olan çatışmazlığı tamamlamaqdır.


Açar sözlər: ,  ,