14.06.2021

,,Son zəng”- müstəqil həyatın ilk zəngi

         İnsan həyatında elə günlər olur ki, heç vaxt unudulmur.Bu yaddaqalan, xatırlana biləcək günlərdən biri də ,,Son zəng” günüdür.Uşaqların ən çılğın, ən qayğısız günləri məktəb illəri olur.Hər dəfə məktəbdən söz düşəndə qəlbimizin dərinliklərində ,,kaş o günlərə dönə biləydim"sözləri keçir.

      14 iyun-bu gün,Respublikamızın hər yerində olduğu kimi rayonumuzun ümumtəhsil məktblərində də ,,Son zəng” tədbirləri karantin rejimini nəzərə alaraq keçirilib.Rayonumuzun 1128 şagirdi məktəbə əlvida deyib,yeni həyata qədəm qoyur.Onbirincilər bu gün üçün xüsusi hazırlaşır.Kimi şeir axtarır, kimi mahnı yazdırır, kimi ssenari qurur.

        Bu əziz gün münasibətilə Füzuli  RTŞ-nin rəhbəri R.Məmmədova Horadiz şəhər 1№li tam orta məktəbində olmuş, bu əziz gün münasibətilə bütün məzunları təbrik edib.Onların yeni həyata qədəm qoymaları və öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltmalarını arzulayıb.Sonda fikrini ,,əziz şagirdlər bayraminiz mübarək " sözlərilə bitirib.


Açar sözlər: ,  ,