31.05.2021

Rayonumuzun ümumtəhsil məktəblərində ,,Respublika günü” qeyd olunub

       Hər bir xalqın,millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır.Bu gün 28 May 1918 ci-il tarixində Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il ötür.

       Xalqımız hər il bu günü təntənə ilə qeyd edir.Çünki Azərbaycan xalqı bu gün azadlığa çıxıb.O cümlədən rayonumuzun ümumtəhsil məktəblərində pandemiya  şəraitini nəzərə alaraq Respublika günü qeyd olunub.Bu azadlığı,müstəqilliyi qorumaq hər bir azərbaycanlının borcudur.

       Yaşasın Müstəqil Azərbaycan!

 


Açar sözlər: ,  ,  ,