27.05.2021

Qazaxlar kənd tam orta məktəbində ,,28 May Respublika günü” qeyd olunub

       N.Alışov adına Füzuli rayon Qazaxlar kənd tam orta məktəbində "28 May-Respublika Günü" münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
       İlk olaraq məktəbin direktoru Təranə Şərifova çıxış edib, daha sonra məktəbin tarix müəllimi Aytəkin Ağayeva və coğrafiya müəllimi Posu Mansırlı çıxışları davam etdirərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi önəmi və həyata keçirdiyi iqtisadi və sosial tədbirlərdən söz açıblar.
          Tədbir şagirdlərin Respublika gününə həsr olunmuş  şeirlər səsləndirməsi ilə yekunlaşıb.


Açar sözlər: ,  ,  ,