26.05.2021

Qayıdış qəsəbə 8 N-li tam orta məktəbdə gənc istedadların üzə çıxarılması mövzusunda maarifləndirici tədbir keçirilib

          Qayıdış qəsəbə 8№ li tam  orta məktəbdə Fəaliyyət planının 5. 4. 2 bəndinə uyğun olaraq gənc istedadların üzə çıxarılması, onların müxtəlif  yarış, müsabiqə və olimpiadalarda iştirakının təmin edilməsi  məqsədi ilə tədbir keçirilib.

        Tədbirdə məktəbin pedaqoji kollektivi və VI- IX sinif şagirdləri iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gənclərin aşkara çıxarılması onların potensial imkanlarının dəyərləndirilməsi və inkişaf etdirilməsindən ibarətdir.

       Tədbirdə iştirak edən müəllimlər şagirdlərin müxtəlif sahələr üzrə istedadının müəyyən edilməsində mühüm rol oynayan diaqnostik metodikaların, xüsusi testlərin hazırlanmasının vacibliyini qeyd edib.Bununla yanaşı  uşaq və gənclərin fənn olimpiadalarına cəlb edilməsi üçün olimpiada qaliblərinə müəyyən imtiyazların təsis edilməsi, onları hazırlayan müəllimlərin əməyinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

      İstedadlı gənclərlə iş sahəsində qabaqcıl və səmərəli təcrübəni öyrənmək və tətbiq etməyin

vacibliyi vurğulanıb.


Açar sözlər: ,  ,  ,