26.05.2021

,,Nizami Gəncəvi irsinin kimya fənninə inteqrasiyası"

         2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətləri aşılayan, zəngin yaradıcılığının bəşər mədəniyyətinə əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib. Bu məqsədlə bu gün 5 N-li tam orta  məktəbin direktoru, kimya muəllimi Səbinə Məmmədova  9 -cu sinifdə "Nizami Gəncəvi irsinin  kimya fənninə inteqrasiyasi "adli tədbir kecirib.

       Əsas məqsəd Nizami Gəncəvinin əsərlərində kimyəvi elementlərin xassələri və xüsusiyyətləri haqqındakı fikirlərini və düşüncələrini şagirdlərə çatdırmaq idi. Dərsdə şagirdlərə Nizami Gəncəviniin poemalarında elementlərin tərənümü nümayiş etdirilib. Dərsdə direktor müavini Nəsibə Quliyeva , Azərbaycan dili və ədəbiyyat müəllimləri Təranə Quliyeva , Könül Cəbrayılova, kimya müəllimi İlhamə Nəcəfova iştirak ediblər.


Açar sözlər: ,  ,  ,