25.05.2021

General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində dahi şair N.Gəncəvinin 880 illik yubileyi qeyd olunub

        General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində dahi şair N.Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə karantin qaydaları gözlənilməklə məktəbin dil ədəbiyyat müəllimi Cəmilə Qənbərova, psixoloq Ləman Şamilzadə, kitabxanaçı Gülşən Əliyeva və  IX sinif şagirdləri iştirak edib.

        Tədbirdə məktəbin  dil ədəbiyyat müəllimi Cəmilə Qənbərova N.Gəncəvinin həyat və yaradıcılığından söhbət açıb. Əsərlərdə olan ibrətamiz məqamları tədbir iştirakçılarının nəzərinə çatdırıb və bir neçə əsəri təhlil edib. Məktəbin kitabxanaçı Gülşən Əliyeva da N.Gəncəvi irsinin aşılanması, gələcək nəsillərə çatdırılmasının zəruriliyini bildirib. Öz növbəsində psixoloq Ləman Şamilzadə əsərlərdə olan tərbiyəvi məqamlara toxunaraq şagirdlərə N.Gəncəvinin yaradıcılığını dərindən öyrənməyi tövsiyyə edib.IX sinif şagirdləri Azadlı Aytac, Əliyeva Nərmin, Həsənalılı Könül də şairin qəzəllərindən bir neçəsini söyləyiblər.

       Tədbirin yekunu olaraq N.Gəncəvinin həyat və yaradıcılığına aid video çarx nümaiş etdirilib  və məktəbin təlim tərbiyə işləri üzrə  müavin,direktor əvəzi A. Azadov bu qəbildən olan  tədbirlərin mütəmadi olaraq  keçirilməsini   tövsiyyə edib.


Açar sözlər: ,  ,  ,