25.05.2021

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika turnirinin basketbol üzrə zona yarışı keçirilib

      Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi,Azərbaycan Respublikası Təhsil Nazirliyi,Azərbaycan Məktəb İdmanları Federasiyası,Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə əmrinə əsasən Şirvan şəhərində keçirilən ,,Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri”nin zona mərhələsi keçirilib.

    Yarışda   Füzuli rayon 10 N-li tam orta məktəbinin basketbol üzrə komandası iştirak edərək 13 rayon arasında ikinci yeri tutaraq respublika turnirinə vəsiqə qazanıb.


Açar sözlər: ,  ,