24.05.2021

Nizami Gəncəvi-880

     Üçbulaq kənd tam orta məktəbində dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi keçirilib. Tədbirdə məktəbin 25 nəfər şagirdi, 17 nəfər müəllimi iştirak edib. Tədbir iştirakçıları  dahi şair, ölməz mütəfəkkir Niazami Gəncəvi haqqında məlumatlandırılıblar.

      Məktəbimizin şagirdləri şairin obrazını canlandırıblar.

    ‟Atanın oğula nəsihəti” və ‟Kərpickəsən kişinin dastanı” səhnələşdirilib, rübai və qəzəllərini söyləyiblər.

      Məktəbin direktoru N.Hümbətova çıxış edərək bildirib ki, ölməz şairin yubiley illəri gələcəkdə  daha geniş qeyd ediləcək.


Açar sözlər: ,  ,  ,