21.05.2021

Kürdamhmudlu kənd tam orta məktəbində Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib

          Dahi şair və mütəfəkkir insan Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq 2021-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan edilmişdir.

         Kürdamhmudlu kənd tam orta məktəbində bu münasibətlə V,IX sinif şagirdlərləri ilə toplanti kecirilmisdir. Müzakirədə dahi şairimiz Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Nizami Gəncəvi Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan ölməz şairdir.

         Böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami öz əsərləri ilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmış, bədii yaradıcılığa əsrlər boyu, məhəbbətlə bu gündə həyatı əhəmiyyətlini itirməyən ənənələr gətirmişdir.

        Söhbət zamanı çıxışlar dinlənilib, şagirdlər Azərbaycan ədəbiyyatının dahi söz ustası Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib.


Açar sözlər: ,  ,  ,