19.05.2021

37 N-li ümumi orta məktəbdə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Açıq dərs” bilik yarışması təşkil olunub      

         37  N-li ümumi orta məktəbdə dünya şöhrətli alim, qeyri–səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elimlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan  olmasının 100 illik yubleyinin keçirilməsi ilə bağlı tədbirlər planı müəyyənləşdirilib.

         Tədbirlər planına  uyğun olaraq məktəbdə istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Açıq dərs”bilik yarışması təşkil olunub.Məktəbin drektoru Lütfi Zadənin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat  verib.O,Bildirib ki, Lütfi Zadə fundomental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir.Alimin irəli sürdüyü tədqiqatların  nəticəsi  olaraq qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında  dərin  iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir.

        Sonra məktəblilər arasında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş məntiq,riyaziyyat və informatika olimpiadaları təşkil olunub.Olimpiadada qalib gələn şagirdlər mükafatlandırılib.

 

 


Açar sözlər: ,  ,  ,