08.05.2021

 Rayonumuzun ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb

        Rayonumuzun ümumtəhsil məktəblərində "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü,onun keçdiyi şərəfli həyat və fəaliyyəti" haqqında tədbirlər  keçirilib.

        Ulu öndər Heydər Əliyev Azərbaycanın güclü bir dövlət kimi qurulmasında çox böyük işlər görüb.Azərbaycanı dünyada tanıdıb.Ölkəmizin inkişafı Ulu Öndərin daxili və xarici siyasi xəttinin gözəl nəticəsidir.

       Azərbaycanımızın qurucusu, banisi Ulu öndər Heydər Əliyevin və Heydər Əliyev siyasətinin layiqli davamçısı, Zəfər Yazan sərkərdə,Ali Baş komandanımız İlham Əliyev cənablarının apardığı siyasət və gördüyü böyük işlər haqqında geniş məlumat verilib.

 


Açar sözlər: ,  ,  ,