29.04.2021

49 N-li tam orta məktəbdə ,,Nizami Gəncəvi ili" nə həsr olunmuş tədbir keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021- ci ilin ,,Nizami Gəncəvi ili" elan edilməsi bütün xalqımız kimi təhsil işçilərində də böyük ruh yüksəkliyinə səbəb olub.Sərəncamda Azərbaycanın dahi şairi Nizami Gəncəvi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə ölkəmizdə genişmiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulub.49 N - li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Asiman Həsənovanın təşəbbüsü ilə dahi şair N.Gəncəvinin 880 illik yubleyinə həsr olunmuş tədbir keçirilib.

           "Microsoft Teams" platforması üzərindən həyata keçirilən onlayn formatda təşkil edilən tədbirdə məktəbin direktoru, müəllim və şagird heyəti iştirak edib.Tədbirdə dahi şairin həyat və yaradıcılıq yoluna nəzər salınıb və bu barədə tədbir iştirakçılarına məlumat verilib.Sonra proqrama uyğun olaraq şagirdlərin çıxışları dinlənilib.Böyük maraqla qarşılanan tədbir dahi şairin əsərlərində yer alan mənəvi - əxlaqi və tərbiyəvi fikirlərin müzakirəsi ilə davam edib.            

         Tədbir N.Gəncəvinin "Oğlum Məhəmmədə nəsihət" şeirinin səslənməsi ilə başa çatıb.

 


Açar sözlər: ,  ,