29.04.2021

3 N-li tam orta məktəbdə ,,Ətraf mühit və mənfi tendesiyaların sağlamlığa təsiri" mövzusunda onlayn  maarifləndirmə tədbiri keçirilib  

             3N-li tam orta məktəbin fəaliyyət planına əsasən "Ətraf mühit və mənfi tendesiyaların sağlamlığa təsiri" mövzusunda onlayn  maarifləndirmə tədbiri keçirilib.Tədbirdə məktəbin tədris işləri üzrə direktor müavini və VI-IX sinif şagirdləri iştirak ediblər.

            Tədbiri IX sinfin rəhbəri,məktəbin coğrafiya müəllimi Salmanova Fatimə mövzu ilə bağlı hazırladığı  təqdimatla başlayıb. O əvvəlcə ətraf mühit və onun insanların yaşaması üçün nə qədər vacib bir amil olduğunu şagirdlərin diqqətinə çatdırıb. Söhbət əsnasında ətraf mühitin dəyişilməsinə səbəb olan amilin məhs insan faktoru olduğunu xüsusilə vurğulayıb

           Sonda isə tədbirdə iştirak edən tədris işləri üzrə direktor müavini Bəşirova Ülviyyə şagirdlərə ətraf mühitin mühafizəsində, təbiətimizin həm bizim üçün, həm də gələcək nəsillər üçün qorunmasından danışıb.


Açar sözlər: ,  ,